Digər MEP Sistemlər
- Hovuz, Jakuzi, Fontan və Şəlalə Sistemləri
Wellmechs şirkəti, açıq - qapalı hovuzların, özəl yığılma jakuzilər, fontanlar və şəlalələrin müştərinin bütün istəklərinə uyğun olaraq ən son texnologiyadan faydalanaraq həyata keçirir. Bu sistemlərin mərkəzləşdirilmiş ağıllı sistemlərlə idarə olunacaq şəkildə həyata keçirmək də (Musiqi ilə sinxronizə işləyən fontanlar, istənilən formayı alan şəlalələr və s.) müştərinin istəyi əsasında həyata keçirilir. Bunlardan əlavə qapalı hovuzlarda və şəlalələrdə sahənin verimli bir şəkildə havalandırılması və nəminin idarə olunması üçün son texnologiyalı sistemlər quraşdırılır.
Öz ixtisaslı mühəndisləri və işçi qürubu ilə müvəffəqiyyətlə həyata keçirilən sistemlərin, daha sonra düzgün şəkildə idarə olunması üçün (təmizlənməsi, bakteriyadan qorunması, PH dəyərinin tutulması və s.) müştəriyə tam dəstək verilir. Hovuz, Jakuzi, Fontan və Şəlalə sistemlərində də müştəriyə 1 il tam qarantiya* verir.
- Su Təmizləyici Sistemlər
Günümüzdə istifadə olunan suyun həm insan sağlığına, həm də istifadə olunan armatur və cihazlara göstərdiyi ziyanların qarşısını almaq məqsədi ilə suyun təmizlənməsinə önəmlidir. Şirkətimiz, öz ixtisaslı mühəndisləri və işçi qürubu ilə Qum Filtri, Yumuşadıcı, Aktiv Karbon Filtrləmə, Tərs Ozmos, UV filtr və Xlorlama kimi su təmizləmə sistemlərininin quraşdırılmasını uğurla həyata keçirir və 1 il tam qarantiya* verir.
- Santexnika
Şirkətimiz, öz ixtisaslı mühəndis və işçi heyəti ilə təmiz su xət, çirkab su xət və drenaj su xət çıxışlarında lazım olan miqdarda suyun və təzyiqi əldə etmək üçün, istilik itkilərin minimuma endirmək üçün, narahat edən səslərin olmaması üçün, isti suyun geçikmədən gəlməsini təmin eləmək üçün və minimum xərclərlə bütün bunları əldə eləmək üçün bu işlərin dizaynını və quraşdırılmasını dünya standardlarına uyğun olaraq (İPC, BS və s.) həyata keçirir. Görülən bütün işlərə 1 il tam qarantiya* verilir.
* Bu qarantiyaya cihazların və sistemlər bütün ehtiyat hissələri və təmir xərcləri daxil edilməklə aid edilir. Qarantiyanın etibarlı olması üçün cihazların və sistemlərin istifadə kitabçasına və qaydalar uyğun olaraq idarə olunmalıdır. Bunun üçün müştəriyə hər cür texniki dəstək verilir.