Günümüzdə Bina Məlumatlı Modellənməsi (BİM) metodu inşaat layihələrində ən mühüm metod qəbul edilir. BİM sadəcə binanın 3 boyutlu digital görüntüsünü əldə eləmək üçün deyil, eyni zamanda layihənin dizayn səfhəsində birdən çox sahənin (memari, inşaat, mexanik və elektrik) ortaq layihə üzrə müştərək və iş birliği içində effektiv işlənə bilməsinə imkan verir. BIM texnologiyasının mövcud CAD texnologiyasının görə ən böyük üstünlüklərindən biri isə, bu texnologıyası bir çox əməliyyatın kompüter vasitəsi ilə həyata keçirməyə imkan tanımasıdır və beləliklə ilk dizayn mərhələsindən son dizayn mərhələsinə qədər görülən bütün işlərdə insan xətalarının qarşısını alır, işlərin daha tez bir vaxtda və maliyyətdə həyata keçirilməsinə imkan verir. BIM7D haqqında daha ətraflı məlumat
Wellmechs şirkəti, dünyada mövcud olan fərdi və kooperativ bütün müştəriləri üçün BİM 3D, 4D, 5D, 6D və 7D xidmətlərini effektiv şəkildə həyata keçirir. Şirkətimizin mühəndis və texniklərdən ibarət olan layihələndirmə komandası başda ASHRAE, NFPA, IPC və IEEE bir çox beynəlxalq standardlarlna olan təcrübəsi ilə müştərilərin tələblərini ən son texnologiyalar ilə cavab verməyə hazırdır.
Şirkətimiz MEP məsləhətçilərinə, kontraktorlara və istehsalçı firmalara MEP CAD və BİM xidməti verir. Bizim mühəndis və texniklərdən ibarət olan komandamız MEP layihələrin hazırlanmasında Revit MEP, Dynamo (Python enhanced), Navisworks, AutoCAD MEP, Autocad P&ID, ANSYS Fluent programlarından istifadə edir.
Şirkətimizin vermiş olduğu xidmətlər :
- MEP layihələrin Revit BIM Modelləmə (3D)
- Çevrə Dostu və Enerji Tutumlu Yaşıl Bina Dizaynı (LEED)
- İsitmə və Soyutma Yükü Analizi (RTS metodu ilə)
- 3D koordinasion ilə MEP modelləmə
- HVAC kanalların 3D Modellənməsi
- Yanğın sistemlərin 3D Modellənməsi
- Elektrik sistemlərin 3D Modellənməsi
- Santexnik sistemlərin 3D Modellənməsi
- Ümumi Layihə Dəyərləndirilməsi və Məsləhətlərin verilməsi
- 4D BIM Model (3D + Vaxt, Məsələn. Tikinti, Qrafik)
- 5D BIM Model (4D + Qiymətləndirmə)
- 6D BIM Model (Çevrə Dostu üzrə Modelin Optimallaşdırma)
- 7D BIM Model (Binaların və Mülklərin İdarə Olunması)
MEP Layihələndirmə addımları (Nümunə Layihə ilə)
Nümunə layihə: Neftcilər Mall, Bakı / Azərbaycan
Modelin hazırlanması
İlk olaraq müştəridən gələn memariyə görə layihə Bina Məlumatlı Modellənməsi (BIM7D) texnologiyası ilə Şəkil – 2’ də görüldüyü kimi hazırlanır.
Bunun üçün lazım olan vacib bütün məlumatlar daxil edilir (input olaraq):
⋆ Layihənin növü (fabrika, xəstəxana, otel, restoran və s.)
⋆ Modeldə istifadə olunan materiallar (Divar, Pəncərə, Şüşə, Qapı və s.) haqqında bütün məlumatlar (İstilik keçirmə əmsalı - K, Qalınlıq, Termal Ağırlıq, Şüşə Günəş Şüası Keçirmə Əmsalı - SHGC və s. ).
⋆ Layihənin koordinatları və oryantasyonu (Şimal – Cənub istiqaməti)
⋆ Otaq və sahələrin təyinatları
MEP məlumatların daxil edilməsi
Daha sonra Enerji Analizlərinin (İsitmə və Soyutma yükü hesabları və s.) düzgün şəkildə həyata keçirmək üçün bütün zona və sahələrin aşağıda ki mühüm məlumatları daxil edilir.
⋆ Bölgənin çöl hava şərtləri (İl boyunca olan minimum və maksimum istilik, nəm və külək məlumatları)
⋆ Bina içi hava parametrlərinin təyini (tələb olunan istilik, nəm və təzə hava miqdarının təyini)
⋆ Binanın çalışma saatları məlumatı (insanların günlük və həftəlik bina içində fəaliyyət saatlarının, işıqlandırma və digər elektrik alətlərinin fəaliyyət saatları
Enerji Analizlərinin həyata keçirilməsi
İsitmə və Soyutma yükü analiz hesabları üçün ən son texnologiya olan RTS (Radiant Time Series) metodundan istifadə olunur (Şəkil 3).
Layihələndirmə
Son olaraq, hesablanmış olan yüklərin qarşılana bilməsi üçün ən uyğun elektromexanik sistemlərin və cihazların seçimi həyata keçirilir. Sistem tərtibatı əsnasında ASHRAE (American Society of Heating , Refrigeration and Air Conditioning), SMACNA (Sheet Metal and Air Conditioning Contractors National Association), National Fire Protection Association (NFPA), IPC (International Plumbing Code) və IEEE (Institute of Electrical and Electronics Engineers) standardları əsas tutulmaqdadır. Bütün cihazların, havalandırma kanallarının, borulama sistemlərinin, elektrik tavalarının ölçüləri, yerləri və s. tam bir şəkildə 3D olaraq hazırlanıb müştəriyə prezentə edilməkdədir. Layihəni həyata keçirmədən əvvəl müştəri üçün hər şey tam aydın olmaqdadır. Nümunə layihə Şəkil – 4’ də ki kimidir.