Tikinti layihələndirməsi sektorunda XX-inci əsrin ən böyük kəşfi CAD texnologiyası olmuş idi. Ancaq CAD texnologiyasın həm layihənin hazırlanması müddətində və sonrasında yaratmış olduğu çətinliklər XXI-ci əsirin başlarında BİM texnologiyasının kəşif olunmasına səbəb oldu. Bu texnologiyanın bir çox vacib üstünlükləri onun qısa müddət ərzində bir çox inkişaf etmiş ölkədə geniş şəkildə istifadə olunmasına səbəb oldu.
Ən son BİM istifadə statistikası (2017):
Günümüzdə Bina Məlumatlı Modellənməsi (BİM) metodu inşaat layihələrində ən mühüm metod qəbul edilir və başda Amerika və İngiltərə olmaq üzrə bir çox ölkələrdə dövlət layihələrində BİM texnologiyasından istifadə edilmişi məcbur hala gətirilib.
BİM texnologiyasının əsas üstünlükləri bunlardır:
- Dizayn görüntülənməsinin daha tez və dəqiq aparılması – Modelin tam şəkildə kompüterdə hazırlanması bizə layihənin son halını renderləyərək müştəriyə prezentasiya eləməyə imkan verir.
- İnsan xətalarının minimum həddə çatdırılması – Revit, Dynamo, Navisworks kimi modern programlardan istifadə edərək layihədə olan dəyişiklikləri aftomatik şəkildə həyata keçirmək
- Xərclərin əvvəlcədən çıxarılması – BIM vasitəsi ilə binanı son hazır vəziyətə qədər yığmaq mümkün olduğundan, layihə üçün lazım olacaq materyalların (kanal, boru, kabel, cihazlar və s.) siyahısını çıxarmağımıza və beləliklə xərclərin layihəyə başlamadan qabaq öyrənməyimizə imkan verir.
- Hər hansı bir etapda 2D olaraq çertyojları hazırlamağın mümkünlüyü– Bəzi BİM programlarından istifadə edərək, müştəridən tələb gəldiyi zaman tez bir zamanda kəsik görüntülərin (section view) və yan görüntülərin (elevation view) hazırlanması mümkündür.
- Analiz/dizayn model ilə tikinti modelin inteqrasiyası– İntegrator və Robot kimi proqramlardan istifadə edərək, BIM layihəsi effektivliyi və səmərəliyi artırırkən, insan xətalarını daha azalda bilər
- Tikinti işlərinin səfhələndirilməsinin (phasing) daha effektiv həyata keçirilməsi– Podratçı Navisworks ya da Solibri kimi BIM proqramlarından istifadə edərək layihənin başdan sona qədər olan səfhələri simulyasiya ilə görə bilər (göstərə bilər).
- Yaxşılaşdırılmış planlama və maliyyə vəsaiti ayrılması – Layihə səfhələri və planlamaları üzərində daha yaxşı nəzarətin ola bilməsi nəticəsində podratçı vəsaitin daha dəqiq planlanmasına və ayrılmasına imkan əldə edir.
- Dizayn səhvlərinin tikintidən qabaq görülə bilinməsi (konfliktlərin təyini) - Navisworks və ya Solibri kimi BIM proqramlarından istifadə edərək, rigel, kanallar və s. kimi tikinti materyalların kəsişdiyi yerlərin (konfliklərin) əvvəlcədən asanlıqla təyin ediləməsi mümkündür.
- Daha tez və rahat dizayn revizyonlarının həyata keçirilməsi – BİM ilə modelləmələr 3D olduğu üçün, sistemlərin/disiplinlərin bir-biri ilə əlaqədar olduğu üçün və programlamalar ilə bir çox əməliyatları aftomatik həyata keçirmək mümkün olduğu üçün layihə başlarında görülən işlərin daha sonra revizyon eləmək asan həyata keçirilir.
- Birdən çox dizayn disiplinlərin (Memar, İnşaat, MEP və s.) işbirliği içində işləyə bilməsi – Layihələri BİM texnologiyası ilə işləyəndə birdən çox disiplinin (Memar, İnşaat, MEP və s.) tək bir model içində işləyə bildiyi üçün tikinti layihələrin koordinasiyası və məlumat paylaşımları köhnə metodların əksinə mane olmaqdan çıxıb.
- Daha ətraflı analitik dizayn – BİM texnologiyası 3D mühitdə olduğu üçün fərqli proqram paketlərindən də istifadə edərək bu modellərin istilik analizləri, işıqlandırma analizləri, maye dinamika analizləri (bina içi və bina çölü – külək) kimi əməliyatları həyata keçirmək olar.
- Təkminləşdirilmiş bina idarə etmə imkanı (FM) – Tikinti zamanı edilən bütün reviziyalar mövcud BİM modelində qeyd olunarsa, bu model binanın idarə edilməsi və işlədilməsi üçün çox dəqiq və faydalı mənbə olaraq istifadə edilə bilər.
BİM xidmətlərlərimiz haqda daha ətraflı məlumat almaq üçün və yüksək keyfiyyətli və ən uyğun maliyyətli (investisiya maliyyəti və işlətmə maliyyəti) BİM model həllini əldə etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.