Alçaq Gərilim və Orta Gərilim Elektrik İşləri
WellMechs alçaq gərilim və orta gərilim elektrik sahəsində böyük miqyaslı layihələr həyata keçirən mühəndislik firmasıdır. Başda IEEE olmaq üzrə bir çox beynəlxalq təşkilatın aktiv üzv olmağımız sayəsində ən son texnologiyalar və standartlardan bir başa xəbərdar olur və öz layihələrimizdə bundan faydalanarıq.
Mütəxəssisləşmiş mühəndis, formen və usta heyəti ilə gördüyümüz bütün işlər beynəlxalq standartlara tam cavab verir.
Şirkətimizin həyata keçirdiyi alçaq gərilim və orta gərilim elektrik İşləri:
- Alçaq Gərilim və Orta Gərilim Güc Təchizatı, Paylanması və Ölçümü
- Transformator – Generator Təsisatı
- Torpaqlama Təsisatı
- İldırımdan Qorunma Təsisatı
- Işıqlandırma Təsisatı (Ümumi, Ehtiyat, Özəl və Çöl)
- Mexanik Cihazların Bağlantıları və İşə Salınması
Alçaq gərilim və orta gərilim elektrik İşləri tamamlandıqdan sonra sistemlərin müştəri tərəfindən düzgün idarə olunması üçün müştəri (Client) bütün sənədlər (AS-BUİLT çertyojlar, Test Raportları, Dövriyə alma sənədləri, Balans raportları, Cihazların istifadə kitabçaları, Ehtiyat hissələrin siyahısı və s.) ilə təmin olunur. Bu sahə ilə bağlı gördüyümüz bütün işlərə görə müştərilərə 1 il tam qarantiya* verilir. Qarantiya müddəti ərzində və sonrasında müştərilərimiz hər cür texniki dəstək ilə təmin olunur.
* Bu qarantiyaya cihazların və sistemlər bütün ehtiyat hissələri və təmir xərcləri daxil edilməklə aid edilir. Qarantiyanın etibarlı olması üçün cihazların və sistemlərin istifadə kitabçasına və qaydalar uyğun olaraq idarə olunmalıdır. Bunun üçün müştəriyə hər cür texniki dəstək verilir.